Daha bir idmançımız Avropa çempionatında medal qazandı

16 Mart 2026 02:16 (UTC+04:00)

Daha bir idmançımız beynəlxalq yarışda bürünc medal qazanıb. Belə ki, Azərbaycanın yunan-Roma güləşçisi Fərahim Mustafayev (72 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında rumıniyalı Leonard Petru İuraşkunu 5:4 hesabı ilə üstələyərək, bürünc medal qazanıb. Qeyd edək ki, bu, Avropa çempionatında Azərbaycanın 6-cı bürünc medalı olub.

Mətləb