İsrail "Hizbullah"ın komandirini öldürdü - Qasım Süleymaninin dostu idi...

16 Mart 2026 01:15 (UTC+04:00)

İsrail "Hizbullah"a qarşı hücumlarını kəskinləşdirib. Məlum olub ki, Livanın cənubunda İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi dəqiq zərbə nəticəsində “Hizbullah”ın bir neçə yüksək vəzifəli rəhbəri öldürülüb. “Hizbullah”ın mətbuat xidməti təşkilatın hərbi qanadına daxil olan “Nəsr korpusu”nun komandiri Ramazan Həsən Səlamənin də həlak olduğunu təsdiqləyib.
Bildirilir ki, o, uzun illər İranın İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandiri Qasım Süleymaninin yaxın tərəfdaşlarından biri olub.

Mətləb