Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olundu

15 Mart 2026 23:26 (UTC+04:00)

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə və Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir. Bu gün saat 18:00-dan 21:00-dək olan müddətdə Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı təxliyə olunub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.

Mətləb