Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Qusarın Şirvanlı kəndi ərazisində "Mersedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.
Mətləb