İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sensasion sayılacaq iddia ilə çıxış edib. Yüksək vəzifəli İran rəsmisi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, onun əldə etdiyi məlumatlara görə, Ceffri Epşteyn şəbəkəsinin qalan üzvləri yeni təxribat planı hazırlayırlar.
Onun sözlərinə görə, həmin şəxslər 11 sentyabr terror hadisələrinə bənzər böyük bir insident yaratmağı və bu hadisəyə görə İranı günahlandırmağı planlaşdırırlar. Laricani vurğulayıb ki, İran belə terror ssenarilərinə qəti şəkildə qarşıdır və ölkənin Amerika xalqı ilə müharibəsi yoxdur.
Mətləb