...ABŞ Energetika Nazirliyi rəsmi olaraq ölkənin Donald Trampın əvvəllər iddia etdiyi kimi Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə zəmanət vermədiyini etiraf edib. Trampın açıqlamaları son vaxtlar ziddiyyətlidir və bu, bütün bu hərbi kampaniyanın gizli məqsədləri olduğunu və ekranda gördüyümüz hər şeyin adi insan üçün nağıl olduğunu göstərə bilər. Amma, qeyd edilməlidir ki, məsələ bunda deyil.
...Məsələ ondadır ki, biz, əslində bütün dünya nəhəng nisbətlərin dəyişməsinin şahidi oluruq.
Bu, Yaxın Şərqdə “Pax Americana” (Amerika dünyası- A.B.) dövrünün sonudur..?
Deməli, SİA bunları...hələ ki, rus saytlarına istinadən yazır.
Əvvəla deyim ki, hazırda ruslar “şadyanalıq” edib sevinirlər.
Onlar Hörmüz boğazının bağlanmasının Rusiya üçün nə demək olduğunu müzakirə edərək sevinirlər.
Ruslara görə, Hörmüz planetin əsas neft arteriyasıdır.
Zarafat deyi, hər gün təxminən 20-21 milyon barel neft (qlobal istehlakın təxminən dörddə biri) və dünyanın mayeləşdirilmiş təbii qazının dörddə birinə qədəri, əsasən də Qətərdən,..bu boğazdan keçir.
Nəzərə alın ki, İran bütün gəmiləri bağlamır, əksinə bunu seçici və çox ağıllı şəkildə edir.
Aşağıdakılar "naviqasiya qaydalarını pozmaq" ittihamı ilə saxlanılma, yoxlama və ya birbaşa müsadirə olunmaya məruz qalırlar:
-ABŞ, Britaniya və İsrail şirkətlərinə məxsus və ya onların bayraqları altında olan tankerlər;
-Qərb korporasiyaları üçün qaçaqmalçılıq yolu ilə neft daşıyan şübhəli gəmilər;
-və sahibləri İran əleyhinə sanksiyaların tətbiqində iştirak edən tankerlər.
Çin, Hindistan və digər neytral gəmilər İran təhlükəsizlik protokollarına riayət etmək şərti ilə boğazdan maneəsiz keçir.
Rusiyaya gəldikdə isə, dediklərinə görə, onların gəmilərinin Hörmüz boğazından keçməsinə ehtiyac yoxdur.
Onların “qara qızıl”ı və enerji ehtiyatlarının əsas ixrac axınları Baltik, Qara dəniz və Uzaq Şərq limanlarından, eləcə də Şimal dənizi marşrutu boyunca gedir.
Rusiya tankerləri Hindistana və ya Çinə üzərkən Süveyş kanalı/Qırmızı dənizdən və ya Afrika qitəsindən keçirlər. ...Yəni onlar Fars körfəzinə daxil olmurlar.
Bəli, svop daşımaları və tranzit əməliyyatları üçün bəzi istisnalar var. Lakin İran bu cür gəmilərin keçməsinə icazə verir.
...Və Rusiya, prinsipcə, Yaxın Şərqdə baş verənlərdən faydalanır. Lakin dünyanın aparıcı hegemonu qəfildən boğazda təhlükəsizlik üzərində nəzarəti itirir.
Sığorta haqları sürətlə artır.
...Yenə də Və... hər hansı bir ciddi hadisə və ya boğazın Qərb gəmiləri üçün bağlanması qlobal bazarda neft çatışmazlığı deməkdir (Qərbə gedən milyonlarla barel Səudiyyə Ərəbistanı, Küveyt və İraq neftinin itirilməsidir-A.B.).
Neftin qiyməti barel üçün 100 dolları keçib və 150-200 dollara çata bilər.
Mayeləşdirilmiş təbii qaz həmçinin Avropa və Asiyada tarixi qiymət rekordları qırır.
Bu arada, Rusiya neftinin qiymətləri (Urals, ESPO) açıq-aydın sürətlə artır. Rusiyanın büdcəsinə gəlirli əmtəə gəlirləri daxil olur.
Qərb neft və qaz gəlirlərini məhdudlaşdırmaqla ruslara iqtisadi təzyiq göstərmək qabiliyyətini itirir(?).
Ruslara görə, bütün bunlar əladır.
Maraqlıdır, bəs ruslar necə olacaq?
Təbii ki, dost ölkələrə təhlükəsiz şəkildə daşınan bahalı neftdən əldə edilən artıq mənfəət, dövlət büdcəsinin xərclərini emissiyalar olmadan tam şəkildə ödəməyə imkan verə bilər.
Bu, pensiyaların ödənilməsini, dövlət sektorunun maaşlarını, infrastruktur tikintisini və dövlət müqavilələrinin maliyyələşdirilməsini təmin edərdi.
Bu artıq mənfəət yenidən sənayeləşməyə yönəldilərsə, bu, yerli fabriklərdə milyonlarla yüksək maaşlı iş yeri yaradacaq.
...Necə deyərlər, ay can, ay can..? Yenə təbii ki, yaxşı səslənir, amma...
Bəli, məhz amma burada bəzi nüanslar var.
Əgər neftin qiyməti 150 dollardan yuxarı qalxarsa, bu vaxt rus yanacağını alanlar, məsələn qonşuları Çin mikroçiplərdən tutmuş avtomobillərə və geyimlərə qədər hər şeyin istehsal xərclərinin artdığını görürlər.
Rusiya çoxlu istehlak malları idxal edir. Nəticə etibarilə, Qərbin enerji böhranı səbəbindən qaçılmaz olaraq qlobal inflyasiyanı “idxal edir”..?
...Rusiya mağazalarındakı mallar daha bahalı olacaq və logistika daha da mürəkkəbləşəcək. Beləliklə, rus neftinin baha olması ilə bağlı hər şeyin yanması fikri... xammal koloniyasının psixologiyasıdır.
Əgər Maliyyə Nazirliyi və Elvira Nabiullina başda olmaqla Mərkəzi Bank yüksək əmtəə gəlirlərinin tarixi fürsətindən istifadə edərək onları xarici aktivlərdə (əvvəllər Milli Rifah Fondunda olduğu kimi – A.B.) yığmasalar, əksinə bu kapitalı ölkə daxilində yenidən sənayeləşdirməyə yönəltsələr, onda Rusiya həqiqətən faydalana bilər.
..Rusların yazdığına görə, neftin bareli 100 dollardan yuxarı olması devalvasiyanı aradan qaldırır. Rubl güclü şəkildə möhkəmlənməyə hazır olur.
Əgər Rusiya ABŞ-ın Hörmüz boğazına nəzarəti itirməsindən əldə etdiyi gözlənilməz mənfəəti yeni gəmiqayırma zavodları, dəzgah klasterləri və mikroelektronika fabrikləri tikmək üçün istifadə edərsə, onda adi insanlar çiçəklənən iqtisadiyyatdan, sabit qiymətlərdən və gələcəyə inamdan zövq alacaqlar.
Əgər belə deyilsə, onda ruslar sadəcə olaraq bu dövrü neft şirkətləri üçün yüksək bank balansları və mağazalarda eyni dərəcədə yüksək qiymətlərlə keçirəcəklər..?
Əli Babayev