Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub

15 Mart 2026 16:00 (UTC+04:00)

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub.

SİA xəbər verir ki, son yarış günü daha 3 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

Qasım İsmayılov 79 kq çəki dərəcəsində toplamda 291 kq (126 kq+165 kq) nəticə ilə birinci olub.

Akif Abdullayev 88 kq çəki dərəcəsində toplamda 321 kq (146 kq+175 kq) nəticə ilə qızıl medala layiq görülüb.

Məmməd Əhmədzadə 94 kq çəki dərəcəsində toplamda 296 kq (135 kq + 165 kq) nəticə ilə qələbəni bayram edib.