Media: "Müctəba Xamenei gizlicə Moskvaya təxliyə edildi"..?

15 Mart 2026 12:24 (UTC+04:00)

...Küveytin "Əl-Carida" qəzetinin məlumatına görə, İranın sui-qəsdlə öldürülən ali lideri Əli Xameneinin oğlu Müctəba Xamenei gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb və Rusiyada müalicə alır.

SİA xəbər verir ki, qəzetin məlumatına görə, təxliyə Müctəba Xameneinin yaralanmasından sonra gizli əməliyyatın bir hissəsi olaraq həyata keçirilib.

İddia olunur ki, İranı tərk etdikdən sonra o, hazırda müalicə aldığı Rusiyaya aparılıb.

...Və bu məlumatın Tehran və ya Moskva tərəfindən rəsmi təsdiqlənməsi olmayıb.

İran liderinin taleyi ilə bağlı xəbərlər fonunda ABŞ prezidenti Donald Tramp Amerika televiziyasına verdiyi müsahibədə bildirib ki, guya onun mümkün sui-qəsdi ilə bağlı məlumatlar var.

Tramp bildirib ki, əgər Müctəba Xamenei hələ də sağdırsa, təslim olmalıdır..?

Əli Babayev