İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Dubay və Manamadakı "Citibank" filiallarına hücum etdiyini elan edib. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, Vaşinqton yenidən İran banklarına hücum edərsə, Tehran regiondakı bütün ABŞ banklarını qanuni hədəf hesab edəcək.
Bu fonda İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, "İranın enerji infrastrukturuna zərbələr endiriləcəyi təqdirdə, İran qüvvələri regiondakı ABŞ şirkətlərinin obyektlərini hədəfə ala bilər".