Neftçala sakini dəm qazından zəhərlənərək ölüb

15 Mart 2026 00:05 (UTC+04:00)

Neftçalada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Belə ki, rayonda 38 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib. Hadisə rayonun Qoltuq kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

Mətləb