"Fənərbağça" baş məşqçiyə qapını göstərir - İDDİA

14 Mart 2026 23:31 (UTC+04:00)

"Fənərbağça"da baş məşqçi dəyişikliyi an məsələsidir. Belə ki, klub rəhbərliyi baş məşqçi Domeniko Tedesko ilə yolları ayırmağa qərar verib. Bu barədə türkiyəli idman jurnalisti Yusuf Kenan Çalık məlumat yayıb. Tedesko cari mövsümün əvvəlində Joze Mourinyonun əvəzinə bu posta gətirilmişdi. "Sarı-lacıvərdlilər" onun dövründə 39 matç keçirib və bu oyunların 23-də qələbə qazanıb.

Mətləb