İrandan daha 60 nəfər Azərbaycana təxliyə edildi

14 Mart 2026 22:24 (UTC+04:00)

İrandan bir sıra ölkələrin vətəndaşlarının Azərbaycana təxliyəsi davam edir. Martın 14-də saat 19:30-dək İrandan 3 Azərbaycan, 3 Tacikistan, 43 Hindistan, 6 Rusiya, 4 Kanada və Pakistanın İslam Respublikasındakı səfirliyinin 1 əməkdaşı Azərbaycana təxliyə edilib. Ümumilikdə gün ərzində "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ümumilikdə 60 nəfər təxliyə olunub.

Mətləb