...Əgər akvariuma kifayət qədər uzun müddət baxsanız, gələcəyi görə bilərsiniz..?
Stanford Universitetinin (ABŞ) tədqiqatçıları akvarium balıqlarının gündəlik vərdişlərini qiymətləndirməklə onların ömrünü proqnozlaşdırmağı öyrəniblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Knife” xəbər verir.
...Komanda Nothobranchius furzeri (Afrika firuzəyi killifish) növünə aid 81 fərdə dörd aydan səkkiz aya qədər boyu nəzarət edib.
Alimlər akvarium kameralarından milyardlarla kadr təhlil ediblər. Nəticədə, onlar balığın gündəlik davranış vərdişləri ilə gələcək rifahı arasında əlaqə müəyyən edə biliblər. Tədqiqatın həmmüəllifi, biomühəndis və neyrobioloq Dr. Claire Bedbrook izah edib ki, "24 saatlıq dövr ərzində fəaliyyət və yuxu kimi sadə metrikləri izləmək bizə qocalma mərhələsində olduğumuz yeri anlamağa və hətta ömrümüzü proqnozlaşdırmağa imkan verə bilər".
Məlum olub ki, orta yaşın əvvəlində, həyatın 70-100-cü günləri ətrafında balıqlar - gələcək uzunömürlülər - fərqli bir şəkildə davranıblar.
Məsələn, demək olar ki, hamısı gecə yatırdılar və gündüzlər həmyaşıdlarından daha aktiv idilər.
Ümumilikdə, alimlər təxminən 100 davranış amili - bu heyvanların uzunömürlülüyünün "göstəriciləri" aşkar ediblər. ...Əvvəlcə qocalmanın tədricən baş verən bir proses olduğunu, hər günün əvvəlkindən bir qədər pis keçdiyini düşünürdüm, - deyə Dr. Bedbruk əlavə edib.
...Lakin davranış müşahidələri heyvanların sürətlə qocaldığı və həyatın yeni mərhələsinə qədəm qoyduğu kəskin keçidlərlə kəsişən uzun sabitlik dövrlərini aşkar edib.
Komanda indi balıqların təbii yaşayış yerlərindəki davranışlarını da oxşar şəkildə öyrənməyi planlaşdırır.
Əli Babayev