Tramp İran məsələsində Putinlə əməkdaşlıq etməkdən imtina etdi...

14 Mart 2026 19:16 (UTC+04:00)

...Rusiya Prezidenti Vladimir Putin martın 9-da ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı zənginləşdirilmiş uranın İrandan Rusiyaya saxlanması ideyasını irəli sürüb. Lakin Amerika lideri bu təşəbbüsü dəstəkləmədən təklifi rədd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Axios yazıb.

Mənbələrə görə, sözügedən material təxminən 60 faizə qədər zənginləşdirilmiş təxminən 450 kiloqram uranla bağlıdır. Daha da zənginləşdirildikdə, bu material bir neçə həftə ərzində silah səviyyəsinə çata bilər və nəzəri olaraq, ondan çox nüvə başlığı istehsal etmək üçün kifayət edər.

Bu ehtiyatlar üzərində nəzarətin yaradılması İsrail və ABŞ tərəfindən əsas strateji məqsəd hesab olunur.

...Bazar ertəsi Trampla telefon danışığı zamanı Putin ABŞ və İran arasında müharibəyə son qoymaq üçün bir neçə ideya irəli sürüb. Uranın istifadəsi onlardan biri idi, - deyə məlumatda bildirilir.

ABŞ rəsmisi bu variantın həqiqətən müzakirə olunduğunu, lakin sonda rədd edildiyini təsdiqləyi.

Onun sözlərinə görə, bu təklif Trampa əvvəllər də edilmişdi, lakin qəbul edilmədi və ABŞ-ın rəsmi mövqeyi budur ki, əsas vəzifə uran ehtiyatlarının təhlükəsizliyini təmin etmək olaraq qalır.

Əli Babayev