Rusiya cinayətkarlığın “cəhənnəm” səviyyəsindən sarsılıb..?

14 Mart 2026 18:15 (UTC+04:00)

...Kreml "Pandora qutusu"nu açıb. Ölkədə rus əsgər və zabitləri tərəfindən törədilən cinayətlərdə görünməmiş artım qeydə alınıb.

Evə qayıdan müharibə cinayətkarları indi də həmvətənlərini terrora məruz qoyurlar. Onlar cəzasız qalacaqlarına tam əmindirlər və bunun üçün səbəbləri var.

SİA-nın əldə etdiyi məlumata görə, OBOZ.UA Rusiyada hazırda baş verənlər barədə yazır.

Bumeranq zərbəsi…

…“Azad edənlərə” dəstək və onların geniş şəkildə təriflənməsi ruslara ağır zərbə vurub. Genişmiqyaslı müharibə zamanı hərbçilər arasında cinayətkarlıq 421 faiz artıb və bu statistika hələ də tam deyil. Lakin ən maraqlısı odur ki, bu rəqəmləri rus hərbçisi, Ukraynaya qarşı müharibənin iştirakçısı və hüquq üzrə fəlsəfə doktoru Bulat Tuqutov səsləndirib.

Tuqutov 2020-2024-cü illər üçün ictimaiyyətə açıq cinayət statistikasını təhlil edərək hərbi qulluqçular arasında cinayətlərin görünməmiş artımını qeydə alıb - 3248 hadisədən 13674 hadisəyə qədər, yəni dörd dəfədən çox artım.
Cinayət kateqoriyasına görə məlumatlar daha da çox şey ifadə edir: qətllər 1117, narkotik qaçaqmalçılığı 405, ağır bədən xəsarətləri 389 və zorlama 220 faiz artıb.

2025-ci il üçün tam statistika hələ mövcud olmasa da, işğalçı vəkil hər hansı bir irəliləyiş proqnozlaşdırmır.

Tuqutov bu partlayıcı artımı məhdud ərazidə insanların yüksək konsentrasiyası, kontingentin heterojenliyi (peşəkar hərbi qulluqçular, çağırışçılar, müqaviləli əsgərlər və məhbusların qarışığı-A.B.) və alkoqol və narkotik istifadəsinə aid edib. Lakin o, “xüsusi hərbi əməliyyat qəhrəmanları”nın böyük əksəriyyətinin Rusiya Federasiyasında cinayətlərə görə məsuliyyətdən yayınması faktı barədə susub.

…Və amma onlar onları yenidən törədirlər.

Hər kəs müharibəyə...

Rusiya qanunvericiliyindəki dəyişikliklər nəticəsində təkcə məhkum edilmiş cinayətkarlar deyil, həm də şübhəlilər (hazırda istintaq zamanı məhkəməyəqədər həbsdə olanlar-A.B.) Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalaya və müharibəyə gedə bilərlər. Beləliklə, həm ilk dəfə cinayət törədənlər, həm də uzun cinayət tarixçəsi olan təcavüzkarlar və qatillər faktiki olaraq azadlığa buraxılır.

Dörd illik tammiqyaslı müharibə ərzində 150.000-dən çox məhbus (seriyalı qatillər də daxil olmaqla -A.B) bu cinayətkar müharibədə döyüşməyə göndərilib.

Hazırda Rusiya həbsxana koloniyalarında 308.000 nəfər saxlanılır (tarixi minimum -A.B), 2021-ci ildə isə bu rəqəm 475.000 nəfər idi.

Bundan əlavə, hazırda 89.000 nəfərin saxlanıldığı məhkəməyəqədər həbs müəssisələrində rekord minimum qeydə alınıb.

Bu rəqəmləri Rusiya Federasiyası Ali Məhkəməsi sədrinin birinci müavini Vladimir Davıdov açıqlayıb. O, bu kəskin azalmanı kinayə ilə "qanunvericiliyin humanistləşdirilməsinə diqqət yetirilməsinin" nəticəsi kimi təsvir edib. Və nəticədə ruslar artıq baş verənlərdən sarsılırlar. Xeyr, Ukraynada yox, öz ölkəsində.

Miqyas heyrətamizdir...

Rusiyalı insan haqları fəalları təhlükəli cinayətkarların cəzasız qalması ilə bağlı həyəcan təbili çalırlar - yeni müqavilə onlara bağışlanma təklif edir.

Ümumilikdə, ötən il Rusiyada on minlərlə cinayətkar faktiki olaraq azadlığa buraxılıb.

Təkcə 2025-ci ilin birinci yarısında 25.300-dən çox iş dayandırılıb. Bu, qapalı bir dairədir. Rusiyada öldürülən, Ukraynada öldürülən, evə qayıdan və... yenidən öldürülən...

Və sonra könüllü olaraq yenidən müharibəyə gedən. Rusların bu cür "azad edənlərlə" heç vaxt qarşılaşmamaq üçün yeganə ümidi işğalçı qüvvələrin şəxsi heyətini amansızcasına əzən Ukrayna əsgərlərindədir.

Lakin bunun baha başa gəldiyini demək olar. Bu arada, ruslar sosial mediada şikayət etmək məcburiyyətində qalırlar, əksər hallarda isə anonim şəkildə..?

Əli Babayev