İşlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

14 Mart 2026 14:50 (UTC+04:00)

Bakının Nəsimi rayonunda eyni ofisdə çalışan həmkarının 9 min dollar dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.