Ötən gün 5 avtomat silahı, 19 tüfəng aşkarlanıb

14 Mart 2026 11:39 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 19 tüfəng, 16 patron darağı və 1928 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.