Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
SİA xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv səfərdə Monteneqro ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Azərbaycan komandası daha əvvəl Bolqarıstana hər iki oyunda (48:141, 40:120), Monteneqroya (62:104) və Ukraynaya (34:98) məğlub olub.
Qeyd edək ki, yığma martın 17-də Bakıda Ukrayna ilə qarşılaşacaq.