XIII Qlobal Bakı Forumunun üçüncü gününün iclasları başlayıb

14 Mart 2026 10:04 (UTC+04:00)

XIII Qlobal Bakı Forumunun üçüncü gününün iclasları başlayıb. Bugünkü müzakirələrdə iştirakçılar “Süni intellekt, idarəetmə və innovasiyanın etikası”, “Mənzil sahəsində qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” və “Beynəlxalq sistemin yenidən qurulmasına doğru” kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.

SİA xəbər verir ki, bugün forumda Maria Fernanda Espinosa – BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti; Ekvadorun Xarici İşlər Naziri (2017–2018) Anaclaudia Rossbach – BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı Direktoru, Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri; WUF13 üzrə Milli Koordinator, Michael Mainelli – London Siti şəhərinin Lord meri (2023–2024); London Sitinin Şerifi (2019–2021), Benedetto Zacchiroli – UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlərin Beynəlxalq Koalisiyasının sədri; Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti, Ana Birchall – Xarici siyasət, strateji tərəfdaşlıqlar və xaricdə yaşayan rumınlar üzrə Prezident müşaviri (2025); Rumıniyanın Baş nazirinin müavini (2018–2019); Ədliyyə naziri (2019) çıxış edəcək.

Qeyd edək ki, Qlobal Bakı Forumu 2013-cü ildən etibarən Azərbaycanda təşkil olunur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən bu ənənəvi tədbirdə dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr qlobal təhlükəsizlik, beynəlxalq münasibətlər, güc balansı, beynəlxalq hüquq və digər mühüm məsələləri müzakirə edirlər.