"Sabah" və "Qarabağ" komandaları Misli Premyer Liqasındakı növbəti oyunlarını bu gün keçirəcəklər.
SİA-nın məlumatına görə, günün ilk matçında "Sabah" "İmişli"nin qonağı olacaq.
Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Bakı təmsilçisi 56 xalla vahid liderdir. Meydan sahibləri 22 xalla 9-cu sıradadır.
Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək. Bu görüş saat 19:15-də başlayacaq. "Qartallar" 39 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 49 xalla ikinci sıradadır.
14 mart
15:00. "İmişli" – "Sabah"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu
19:15. "Zirə" - "Qarabağ"
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu