Bu gün Biləsuvarın bir hissəsində işıq olmayacaq -XƏBƏRDARLIQ

14 Mart 2026 05:53 (UTC+04:00)

Bu gün Biləsuvar şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA-nın məlumatına görə, fasilə ağacların budanması ilə əlaqədar olaraq yaranacaq.

Belə ki, Biləsuvar şəhərinin bir hissəsini elektrik enerjisi ilə təmin edən 10 kV-luq Biləsuvar yarımstansiyasından qidalanan 11 saylı hava xətti üzərində olan abonentlərin elektrik enerjisi ilə təchizatında 14 mart saat 10.00-13.00-a kimi fasilə yaranacaq.

Mətləb