Qadın güləşçimiz Avropa Çempionatında gümüş medal qazandı

14 Mart 2026 00:15 (UTC+04:00)

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.

O, finalda rusiyalı Amina Tandelovaya məğlub olub. Bu, Azərbaycan komandasının Avropa çempionatında ümumilikdə 6-cı gümüş medalı olub.

Mətləb