Belarus Prezidenti Aleksandr Lukaşenko İran ətrafında yaranan hərbi münaqişə barədə danışıb. Belarus lideri bəyan edib ki, hazırda ABŞ müharibədən çıxmağın yollarını arayır.
SİTAT: “Hazırda ABŞ, İsrail və İran arasındakı münaqişə nisbətən sakitdir. Və sual budur: nə etməli? Tramp deyir: “Biz artıq orada hər şeyi bombalamışıq; orada edəcək bir şeyimiz qalmayıb”. Bu, vəziyyətdən çıxmaq cəhdidir. Donald Tramp haqlıdır. Bu, ən yaxşı seçimdir. Qoy desinlər ki, artıq orada hər şeyi bombalayıblar. Amma (münaqişədən) çıxın. Çünki işlər daha da pisləşəcək”, - deyə Lukaşenko bildirib.
Mətləb