...Avstraliya məhkəməsi amerikalı pop müğənnisi Keti Perri ilə avstraliyalı dizayner Keti Perri (qızlıq soyadı Teylor-A.B.) arasında uzun müddətdir davam edən mübahisəni həll edərək, dizaynerin öz adı altında geyim satmaq hüququna malik olduğuna qərar verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Telegraph xəbər verir.
Avstraliyanın ən yüksək məhkəməsi dizayner Keti Teylorun, qızlıq soyadı Perrinin, 2007-ci ildə qurulan geyim xətti üçün “Katy Perry” brendindən qanuni olaraq istifadə etdiyinə qərar verib.
Mübahisə 2009-cu ildə, Perrinin nümayəndələri dizaynerə adından istifadəni dayandırmağı və ticarət nişanı qeydiyyatından imtina etməyi tələb edən bir məktub göndərdikdə başlayıb.
O vaxt Teylor Sidneydə ilk salonunu açmış və ticarət nişanı qeydiyyatı üçün müraciət etmişdi.
Dizayner daha sonra iddia qaldıraraq tələb edib ki, müğənni 2014-cü ildə Avstraliya turnesi zamanı ticarət nişanını pozan mallar satıb.
2023-cü ildə məhkəmə əvvəlcə Teylorun xeyrinə qərar verib, lakin 2024-cü ildə qərar ləğv edilib.
Məhkəmə yekun qərarında pop ulduzunun şöhrətinin o qədər böyük olduğunu və istehlakçıların avstraliyalı dizaynerin brendini müğənninin məhsulları ilə səhv salmasının ehtimalının az olduğunu bildirib.
Qərardan sonra Keti Teylor işin yalnız onun adı ilə deyil, həm də kiçik bizneslərin qorunması ilə bağlı olduğunu bildirib.
Nazlı Almuradova