Keçən il Azərbaycanda minatəmizləmə əməliyyatı ən çox Cəbrayılda (9110,4 hektar) icra olunub.
SİA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.
Hesabata əsasən, 2025-ci ildə həyata keçirilmiş minatəmizləmə əməliyyatlarının 8718,6 hektarı Laçın rayonunun, 8526,2-si Füzuli rayonunun, 8203,6-sı Xocavənd rayonunun, 7893,3-ü Ağdərə rayonunun, 7672,1-i Ağdam rayonunun, 4995,7-si Xocalı rayonunun 4063,4-ü Zəngilan rayonunun, 3514,8-si Qubadı rayonunun, 3008,2-si Kəlbəcər rayonunun, 856,3-ü Şuşa rayonunun, 360,8-i Xankəndi şəhərinin, 12,8-i Tərtər rayonunun, 2269,5-i isə digər rayonların ərazisində icra edilib.