Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 114 mənzil alıblar.
SİA bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 23 mənzil və ya 16,8 % azdır.
Ötən ay isə Azərbaycan vətəndaşları Türkiyədə 60 daşınmaz əmlak alıblar ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 27 mənzil və ya 31,03 % azdır.
Fevralda Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 7-ci yerdə qərarlaşıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Türkiyədə xarici vətəndaşlara 2 824 mənzil satılıb. Bu, ötən ilin eyni ayları ilə müqayisədə 199 mənzil və ya 6,6 % azdır.
Təkcə fevral ayında Türkiyədə xarici vətəndaşlara 1 513 mənzil satılıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 48 mənzil və ya 3,3 % çoxdur.
Bu ilin yanvar-fevral aylarında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən iki ay ərzində 410 mənzil satılıb. Bu, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 94 ədəd və ya 18,6 % azdır.
Bu ilin fevral ayında isə Rusiya vətəndaşları Türkiyədə 191 mənzil alıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65 ədəd və ya 25,4 % azdır.
Növbəti yeri İran vətəndaşları tutublar. Bu ilin iki ayında onlar bu ölkədə 249 mənzil satılıb ki, bu da illik müqayisədə 46 ədəd və ya 15,6 % azdır.
Bu ilin fevral ayında isə iranlılar Türkiyədə 131 mənzil alıblar ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 2 ədəd və ya 1,5 % azdır.
Bu ilin yanvar-fevral aylarında Türkiyədə ev alanların siyahısında üçüncü yerdə İraq vətəndaşları qərarlaşıblar. Belə ki, son iki ayda iraqlılar Türkiyədə 180 mənzil sahib olublar. Bu da 2025-ci ilin iki ayı ilə müqayisədə 22 mənzil və ya 10,9 % azdır.
Bu ilin fevral ayında isə iraqlılar Türkiyədə 106 mənzil alıblar ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 7 ədəd və ya 7,07 % çoxdur.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 944 mənzil alıblar.