Xaçmaz şəhərində yenidənqurma işləri ilə əlaqədar 664 abonentin qaz təchizatında fasilə yaranıb.
Xaçmaz Regional Qaz İstismarı İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hazırda “Xaçmaz” qazpaylayıcı stansiyasından qidalanan “Qusarçay” orta təzyiqli qaz kəmərinin şəhər istiqamətində ayrılan qaz xəttinə balans ölçü qovşağı quraşdırılır. Bununla əlaqədar "Ariz" və "Ariz 2" yaşayış kompleksləri, 9-cu kvartal, Ş.Mehrəliyev, Ş.Tarverdiyev, S.Ələsgər, A.Cəbrayılov və N.Nərimanov küçələrinin bir hissəsində qaz təhcizatı müvəqqəti dayandırılıb.
Ölçü qovşağının quraşdırılması işləri başa çatdıqdan sonara təbii qaz təminatı bərpa olunacaq.