“İqlim proqramlarının uğuru üçün maliyyə təminatı vacibdir” - MUXTAR BABAYEV

13 Mart 2026 11:59 (UTC+04:00)

“Hazırda bir çox dövlət özünü münaqişələrdən və potensial müharibələrdən qorumağa çalışır, bunun nəticəsində iqlim məsələləri arxa plana keçir”.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan "COP-u Yaşatmaq Uğrunda Mübarizə" adlı panel sessiyada deyib.

O qeyd etdi ki, iqlim proqramlarının uğuru üçün maliyyə təminatı vacibdir: “Burada əsas məsələ qəbul edilmiş öhdəliklərin həyata keçirilməsidir. İndiyədək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində çox sayda Tərəflər Konfransı (COP) keçirilib, lakin qərarların icrası hələ də sual altındadır. İrəliləyiş yollarını müzakirə etmək vacibdir. Keçmiş və gələcək COP namizədləri bu məsələləri birgə müzakirə etməlidir. Çoxtərəflilik prinsipi təzyiq altındadır.”

M.Babayev əlavə edib ki, Bakıda keçirilən COP29 çərçivəsində 300 milyard dollarlıq maliyyə paketi və 1,3 milyard dollarlıq yol xəritəsi hələ də icra sualı ilə üzləşib. Təəssüf ki, bəzi ölkələrin bu qərarlardan geri çəkildiyini müşahidə edirik. Dövlətlər əsasən müdafiə və təhlükəsizlik məsələlərinə maliyyə ayırmağa üstünlük verirlər və bu səbəbdən iqlim çağırışları arxa planda qalır”.