Bakı metrosunun gəlirləri 15 % artıb

13 Mart 2026 11:45 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC ötən il 167,7 milyon manat gəlir əldə edib.

SİA bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.

Sənədə əsasən, bu, əvvəlki illə müqayisədə 14,9 % çoxdur.

İllik daxilolmalarının 69 %-i sərnişindaşıma fəaliyyətindən əldə edilən gəlirlər, 25 %-i dövlətin ayırdığı subsidiya, 6%-i isə digər daxilolmalar hesabına formalaşıb.

Xatırladaq ki, "Bakı Metropoliteni" indiki təşkilati-hüquqi formada Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" SC-nin birləşdirilməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 580,638 milyon manatdır.