AQTİ epidemioloq vəzifəsinə işə qəbul elan edir

13 Mart 2026 11:20 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Lənkəran, Şəki, Gəncə, Tovuz, İmişli, Ucar, Bərdə) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir.

Bu barədə SİA-ya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Namizəd üçün tələblər:

• Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə);

• Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı;

• Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər;

• Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

• Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq;

• Epidemioloji məlumatları toplamaq, emal və təhlil etmək, hesabatlarını hazırlamaq;

• Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək;

• Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək;

• Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

• Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələr hazırlamaqda iştirak etmək.

Əlavə məlumatlar:

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Epidemioloq” qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.

Son müraciət müddəti aprelin 13-dəkdir.