“Çin-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq üzərində inkişaf edir” - Çin rəsmisi

13 Mart 2026 10:30 (UTC+04:00)

“Çin və Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaş ölkələr, həmçinin Qlobal Cənubun mühüm üzvləridir. Çin Azərbaycanın öz milli xüsusiyyətlərinə uyğun inkişaf yolunu seçməsini dəstəkləyir”.

SİA xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey “İki sessiyanın nəticələri və Çin–Azərbaycan əlaqələri” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Sədr Si Cinpinin irəli sürdüyü “bəşəriyyətin vahid taleyi icması” konsepsiyası beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstək qazanıb və artıq 100-dən çox ölkə və beynəlxalq təşkilat tərəfindən müsbət qiymətləndirilib.

Lu Mey vurğulayıb ki, Çin modernləşməsinin yaratdığı imkanları Azərbaycanla bölüşməyə, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə və iki ölkə arasında münasibətlərin inkişafına töhfə verməyə hazırdır.