""İki sessiya" zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin deputatlarla görüşüb, Dövlət Şurasının Baş naziri Li Tsyan isə hökumətin fəaliyyəti haqqında hesabatla çıxış edib. Xarici işlər naziri Van İ də Çinin xarici siyasəti və digər ölkələrlə münasibətləri barədə jurnalistlərin suallarını cavablandırıb. Ümumçin Xalq Nümayəndələri Məclisi xalq təsərrüfatı və sosial inkişaf üzrə 15-ci beşillik proqramın əsas müddəalarının layihəsini təsdiq edib. Bu ‘iki sessiya’ ölkənin sabit inkişaf gücünü bütün dünyaya nümayiş etdirdi”.
SİA xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey “İki sessiyanın nəticələri və Çin-Azərbaycan əlaqələri” mövzusunda keçirilən mətbuat konfransında səsləndirib.
Səfir bildirib ki, 15-ci beşillik proqram çərçivəsində ölkənin inkişaf istiqamətləri müəyyənləşdirilib və bu sənəd Çinin növbəti illər üçün sosial-iqtisadi inkişafının əsas yol xəritəsi hesab olunur.