Azərbaycan Basketbol Liqası: "Lənkəran" öz meydanında "Quba"nı qəbul edir

13 Mart 2026 09:35 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasının XIX turunun daha bir oyunu bu gün keçiriləcək.

SİA xəbər verir ki, "Quba" komandası "Lənkəran"ın qonağı olacaq.

Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.

Meydan sahibləri B qrupunda 22 xalla sonuncu - altıncı pillədə qərarlaşıb. Qonaqlar 24 xalla beşincidir.

Qeyd edək ki, XIX tura martın 15-də yekun vurulacaq. Daha əvvəl "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67) məğlub edib.