Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib. SİA-nın məlumatına görə, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb. Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mətləb