ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran futbol yığmasının Dünya Çempionatında iştirakını arzuolunmaz hesab edir. Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
SİTAT: "İranın futbol yığması Dünya Çempionatına dəvət olunub, lakin mən hesab edirəm ki, onların orada iştirakı öz həyatları və təhlükəsizlikləri baxımından məqsədəuyğun deyil. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - Tramp bildirib.
Bununla yanaşı, İranın idman naziri Əhməd Dünyamalı bir gün əvvəl bildirib ki, İslam Respublikası 2026-cı il futbol üzrə Dünya Çempionatında iştirak etməyəcək.
Mətləb