"Bir saat ərzində məhv edə bilərik" - Laricani Trampı HƏDLƏDİ

13 Mart 2026 01:04 (UTC+04:00)

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani ABŞ əleyhinə sərt bəyanat verib. Laricani "X" sosial şəbəkəsindəki hesabında ABŞ Prezidenti Donald Trampın "Biz İranın enerji sistemini bir saat ərzində məhv edə bilərik, lakin hələ ki bunu etməmişik" bəyanatına kəskin cavab verib.
İran rəsmisi Vaşinqtonun belə bir addım atacağı təqdirdə bütün regionun yarım saatdan az müddətdə qaranlığa qərq olacağını bildirib.
Ə.Laricani vurğulayıb ki, yaranacaq zülmət qaçmağa çalışan amerikalı hərbçilərin "ovlanması" üçün geniş imkanlar yaradacaq.

Mətləb