Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib

11 Mart 2026 14:00 (UTC+04:00)

Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.

Bu barədə SİA-ya Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb. Şagird qəbulu yalnız VII sinifdən etibarən və mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.