“Çılpaq” manikür trendinin arxasında nə gizlənir..?

11 Mart 2026 21:56 (UTC+04:00)

...“Çılpaq” manikür trendi xərc qənaəti ilə əlaqələndirilir.

SİA-nın əldə etdiyi məlumata görə, mütəxəssis və gözəllik sənayesi lideri Lyalya Sadıqova bunu URA.RU-ya verdiyi müsahibədə bildirib.

...Bu trend mövcuddur. Bu, təbii görünüşlü dırnaqlar üçün yalançı eko-trendlə əlaqədardır. Əslində, bu, daha çox xərcə qənaət tədbiridir: müştərilər xərclərin azaldılmasını trenddə olduqlarını deməklə əsaslandırırlar, - deyə ekspert izah edib.

...Sadıqovanın sözlərinə görə, gəlirləri azalmayan müştərilər müntəzəm olaraq gel laklı manikür etdirməyə davam edirlər.

...Tələbatdakı mövsümi dəyişikliklərə gəldikdə, mart ayının ilk günlərində bazarda bir fasilədən sonra canlanma müşahidə edilməkdədir.

Bunu da Sadıqova qeyd edib...

Nazlı Almuradova