"Bakı Metropoliteni" QSC-nin "28 May" stansiyasını paytaxtın Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslar yenilənib.
Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, müsabiqənin nəticəsinə əsasən, artıq xətti yeni daşıyıcı - "BakuBus" MMC istismar edir.
Marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,6 manat təşkil edir.