Qubanın bu 3 kəndinin adı dəyişdirilir?

10 Mart 2026 22:28 (UTC+04:00)

Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək. Bu barədə Report-a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.

O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək: "Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir". M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.

Mətləb