Ceyhun Bayramov Oman səfiri ilə nələri müzakirə edib?

10 Mart 2026 20:03 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığının ölkəmizə təyin edilmiş qeyri-rezident səfiri Seyf bin Raşid Əl-Cahvarini qəbul edib. SİA xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan–Oman münasibətlərinin cari vəziyyətini və əməkdaşlıq perspektivlərini müzakirə ediblər. İki ölkə arasında siyasi dialoq, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin mədəni və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı həmçinin regional və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki artan gərginlik və hərbi eskalasiya barədə fikir mübadiləsi aparılıb. Oman vətəndaşlarının Azərbaycan ərazisindən istifadə etməklə təxliyəsi, Azərbaycan vətəndaşlarının isə Oman ərazisindən istifadə etməklə təxliyəsinə yaradılmış şəraitə görə qarşılıqlı dəstək ifadə olunub.

Hər iki tərəf münasibətlərin daha da inkişaf etdirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsi, yüksək və ali səviyyədə səfərlərin əhəmiyyətini vurğulayıb.

Mətləb Salahov