"Şahdağ Qusar" İntizam Komitəsinin qərarı ilə 6510 manat cərimələnib

10 Mart 2026 15:40 (UTC+04:00)

Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" klubu 6510 manat cərimələnib.

SİA xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna XVII turda "Şəfa" ilə oyunda yaşananlar səbəb olub.

Qusar təmsilçisi dörd nəfər sarı vərəqə aldığı üçün 210 manat ödəyəcək. Komandanın həkmi Müşfiq Hümmətli hakimi təhqir və təhdid etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün növbəti dörd matça buraxılmayacaq. Klub bu səbəbdən 3000 manat ziyana düşüb.

Hakimi təhqir edən məşqçi Babək Allahverdiyev birbaşa qırmızı vərəqə aldığı üçün eyni cəza ilə üzləşib və "Şahdağ Qusar" növbəti dəfə 3000 manat cərimələnib. Bundan əlavə, klubun icraçı direktoru Mirzə Bayrampul buraxılış akkreditasiyası olmadan Zona 1-ə daxil olub. Bu, I Liqa təmsilçisinə 300 manata başa gələcək.

"Şəfa" isə beş oyunçusu sarı vərəqə gördüyü üçün 210 manat ödəməli olacaq.