Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək

10 Mart 2026 14:40 (UTC+04:00)

Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək.

SİA xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 2 seminarı mayın 25-dən 29-dək Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunacaq.

Seminara FIVB-nin məşqçi-instruktoru, professor, türkiyəli Cengiz Akarçeşme rəhbərlik edəcək.

FIVB-nin müəyyən etdiyi şərtlərə əsasən, Level-1 kursunu ən azı 2 il öncə keçmiş mütəxəssislər seminara qatıla bilərlər. Namizədlər ingilis dilini bilməli, həmçinin sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi və məşqçilik bacarıqları ilə tələblərə cavab verməlidirlər.