"Ümumiyyətlə, Azərbaycanın ticarət tərəfdaşları ilə bağlı iqtisadi balans məsələsinə baxdıqda, qeyd etmək lazımdır ki, burada əsas göstəricilərdən biri ticarət balansıdır. Ticarət balansı ölkənin xarici ticarət dövriyyəsini, yəni ixrac və idxal münasibətlərini əks etdirir və ölkənin iqtisadi dayanıqlığını qiymətləndirmək üçün mühüm göstərici hesab olunur".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Düşünürəm ki, qarşıdakı bir neçə il ərzində bu ardıcıllıq əsasən qorunub saxlanacaq. Lakin zaman keçdikcə müəyyən dəyişikliklərin baş verməsi də mümkündür. Məsələn, yaxın üç-dörd il ərzində Çin ilə aparılan ticarət əməliyyatlarının artması nəticəsində Çin ticarət dövriyyəsinə görə Rusiyanı üstələyə bilər. Bu isə Azərbaycanın iqtisadi tərəfdaşlıq strategiyasında dəyişikliklər etməsini və yeni bazarlara diqqəti artırmasını tələb edə bilər.
Ümumilikdə, Azərbaycanın ticarət balansının müsbət olması və əsas tərəfdaşlarla davamlı iqtisadi əlaqələrin mövcudluğu ölkəmizin iqtisadi inkişafına və xarici ticarət siyasətinə mühüm töhfə verir. Bu göstəricilər həmçinin investorlar üçün də etibarlı bir siqnal hesab olunur və ölkənin iqtisadi sabitliyinə dair ümumi mənzərəni gücləndirir".