Paşinyan Fransaya işgüzar səfər edib

10 Mart 2026 11:26 (UTC+04:00)

Baş nazir Nüvə Enerjisi Sammitində iştirak edəcək və Avropa Parlamentində çıxış edəcək.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gəlib. O, gəlişinin görüntülərini sosial mediada paylaşıb.

Martın 10-da Paşinyan Parisdə keçiriləcək Nüvə Enerjisi Sammitində iştirak edəcək. Növbəti gün, 11 martda Baş nazir Strasburqa gedəcək və orada Avropa Parlamentində çıxış edəcək.

Səfər çərçivəsində Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüş də planlaşdırılır.