Şəkidə 47 yaşlı qadın dəm qazından ölüb

10 Mart 2026 09:19 (UTC+04:00)

Şəkidə 47 yaşlı qadın dəm qazından boğularaq ölüb.

SİA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Çələbixan qəsəbəsində baş verib.

1979-cu il təvəllüdlü Kəmalə Quliyeva yaşadığı ünvanda dəm qazından həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.