"Gözləməli olacaqsınız" - İsrailin müdafiə nazirindən Xamenei MESAJI

10 Mart 2026 00:05 (UTC+04:00)

İsrailin müdafiə naziri İsrael Katz İranın yeni ali dini rəhbəri Müctəba Xameneinin mümkün hədəfə alınması ilə bağlı suala diqqətçəkən cavab verib.

Sia-nın məlumatına görə israilli nazir jurnalistlərin bu mövzuda sualını qısa və müəmmalı şəkildə cavablandırıb.

SİTAT: “Gözləməli olacaqsınız və nəticəni görəcəksiniz”, – deyə Katz bildirib.