Bakıda itkin düşən 88 yaşlı kişi axtarılır

9 Mart 2026 23:21 (UTC+04:00)

Nərimanov rayonu ərazisində altsheymer xəstəliyindən əziyyət çəkən 88 yaşlı Nizam Ədilov martın 8-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin (012) 566-02-15 və (012) 567-02-02 şəhər nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Mətləb