"Liverpul" sabah "Qalatasaray"la oyuna ciddi itkilərlə çıxacaq

9 Mart 2026 23:15 (UTC+04:00)

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində sabah "Qalatasaray"ın qonağı olacaq "Liverpul" ciddi itkilərlə üzləşib.

SİA-nın məlumatına görə, İngiltərə təmsilçisi İstanbula yollanacaq heyətini açıqlayıb və əsas qapıçı Alisson Bekkerin siyahıda yer almadığı məlum olub. Braziliyalı qolkiperin zədə səbəbindən "sarı-qırmızılılar"a qarşı forma geyinə bilməyəcəyi dəqiqləşib.

Mersisayd təmsilçisində Alissonla yanaşı, Konor Bredli, Vataru Endo, Federiko Kyeza və Aleksander İsak da İstanbul səfərinə aparılmayıb.

Mətləb