İranla bağlı daha bir xəbər yayılıb. SİA xəbər verir ki, bu ölkənin qadın futbol yığmasının bir neçə üzvü Avstraliyada sığınacaq istədiklərini açıqlayıb. Beynəlxalq media resurslarında yer alan məlumata görə, vəziyyət İran yığmasının Avstraliyada keçirilən Asiya kuboku oyunları zamanı yaşanan hadisədən sonra gərginləşib. Bildirilir ki, komandanın bəzi üzvləri oyunlardan əvvəl səsləndirilən İran dövlət himnini oxumaqdan imtina ediblər.
Bu addım İran daxilində ciddi reaksiyaya səbəb olub. Sosial şəbəkələrdə və bəzi media platformalarında həmin futbolçular “xəyanətkar” kimi təqdim olunmağa başlayıb.
Mətləb